Aşk HikayeleriQayıbova Aytac  

Güzel Bir Hikaye ‘Bir Eslim Varmış’ 2. Bölüm

Güzel Bir Hikaye

Güzel Bir Hikaye ‘Bir Eslim Varmış’ 2. Bölüm

Orxanı uzun müddət idi ki görmürdüm. Necə deyərlər göz görməyəndə ürək bir təhər dözür onsuzluğa. Görmürdüm deyə unutduğumu hətta nifrət etdiyimi belə düşünməyə başladığım bir zamanda çıxdı qarşıma..

Dispanserə gəlmək üçün evdən çıxmışdım, dan yeri təzə-təzə ağarmağa başlayırdı. Gənc əsgəri tək buraxmamaq üçün evə ara-bir gəlirdim və bu gün də, o günlərdən biri idi. O yatandan sonra cəmi bir neçə saatlıq çıxmışdım dispanserdən. Beynimin bir nöqtəsi «Əslimə» zillənmişdi. Elə onları düşünə-düşünə yağışın nəmləndirdiyi boş səki ilə addımlayırdım. Fikrim o qədər dağınıq idi ki, metroya necə çatdığımın fərqində olmamışam. Artıq metronun içindəydim və biraz sonra mənə bütün keçmişi, qırılıb tökülmüş həyatımın canıma batıracağı şüşə parçalarıyla dolu qocaman bir boşluğu gətirəcək olan o qatarı gözləyirdim. Qatar gələndə tez-tələsik sıxlıqda qalmamaq üçün birtəhər daxil olmuşdum içəri.

Ancaq 5 dəqiqə sonra 2-ci stansiyada mənə aramsız baxan gözləri gördüm..

Yanılmamışdım, bu baxışlar 3 il əvvəl heçnəsiz ayrılmağı istəyən və məni tərk edən nişanlıma aid idi…

Orxanla möcüzəvi şəkildə tanış olmuşduq biz. Onu tanıdıqdan sonra özümü illər öncə qeybə çəkilib sonra əsl xoşbəxtliyi taparaq yenidən dünyaya addım atan şəhzadə kimi hiss edirdim. Hər şeyin çox gözəl dəvam etdiyi günlərdən birində oldu nişanımız. Artıq əmin idim, layiq olmadığım mükəmməl xoşbəxtliyin bir parçası olduğuma. Sonra isə hekayəmiz bitdi.

Artıq şəhzadənin yuxudan oyanmaq vaxtı çatıbmış sən demə. Və yuxum bitmişdi. Heçnəsiz çıxıb getmişdi məndən. Sadəcə bir cümlə qalmışdı ondan geridə, bir də o cümlənin olduğu zərfdə nişan üzüyünü qoymuşdu…

Günlər, aylar, illər keçdi. Hər gün eyni əziyyəti çəkdim, özümü günahlandırdım, ancaq, nə qədər düşünsəm də heç bir səhvim olmadığı qənaətinə gəldim hər dəfəsində…

Sayaqlayaraq, ağlayaraq oyandığım gecələrin sayı hesabı yox idi artıq. Bir neçə ay psixoloji dəstək aldım və az da olsa özümə gələ bildim. Dispanserdə çalışmağa başladım, bəlkə insanlara köməyim dəyərsə yenidən xoşbəxt olaram, deyə uşaqca bir düşüncəyə qapılmışdım…

3 il, dağ boyda dağlar çəkən bu 3 ildən sonra köhnə bir qatar şahidim qisminə yazıldı axirətimçün…

Artıq bu qatar da, mənə hər gün eyni acını daddıracaqdı…

Yazar: Qayıbova Aytac

Hikayenin Bölümleri

  1. Bölüm
  2. Bölüm
  3. Bölüm

hikaye, hikaye oku, hikaye okuma, hikaye örnekleri, azerbaycan, azerbaycan hikayeleri, aşk, aşk hikayesi, kısa hikaye, kısa aşk hikayesi,

Gülten AJDER

Kitap okumayı seven insanlar daha zeki ve daha başarılı olurlar. Bende bu yüzden kitap okumayı sevdirmek istedim bu site ile. Gizli kalmış bütün bilgilerin kitaplarda saklı olduğuna inandığımdan, kültür seviyemizi yükseltmek, bilgi hazinemizi daha da zenginleştirmek, gizli yeteneklerin ortaya çıkmasına destek olabilmek için, okusun yazsın benim ülkemin insanları diye bir işin ucundan tutmak isteyen birisiyim.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu