Kıymetli Yazarlarımızdan SeçmelerQayıbova Aytac  

Hikaye Oku “Dəftərdəki Ömür”

Hikaye Oku

Hikaye Oku “Dəftərdəki Ömür”

17 il əvvəl onu ilk dəfə qucağıma alanda içimdə duyduğum sızıltının səbəbini bilmirdim. Amma nə vaxtsa eyni sızıltını bütün varlığımla hiss edəcəyimə əmin idim. Qızımı mənə gətirdikləri an 17 yaşında ilk dəfə ana olmuş yeniyetmə kimi qorxmuşdum. Halbuki, qızım mənim üçüncü övladım idi. Qızım doğulanda oğullarımın 5 yaşları vardı. Alpərlə Ərən mənim ilk sevincim, analıq duyğumun zirvələriydi amma onlarda yaşamadığım qorxunu qızımda yaşamağımın səbəbi tamamilə başqaydı. Ən böyük arzum bir gün əkiz oğul anası olmaq idi və bu xoşbəxtlik mənə nəsib olmuşdu. Övladlarımın adlarına, köklərinə bağlı olmağı üçün uzun müddət bütün işlərimi rəfə yerləşdirib sadəcə ana olmağa, analıq adının ağırlığına layiq olmağa çalışmışdım. Bacarırdım da. Texnologiyanın bütün cəlbediciliklərindən üz döndərən, yemək yeyəndə, yatanda, oynayanda, oyananda telefon yerinə nağıllar, laylalar istəyən uşaqlar böyüdürdüm. Tələbə olduğum zamanlardan yığmağa başladığım kitablarımdan ibarət kiçik kitabxanam oğullarımla birgə böyüməyə, zənginləşməyə başlamışdı. Nağıllar, rəvayətlər, əfsanələr, dastanlarla böyüyürdü onlar. Xəyallarıma çox yaxın bir yerdə, çəhrayının ən gözəl tonlarını yaşayır, ailəmi ilmə-ilmə toxuyurdum.

Nilufər, qızım.. Adı çoxdan, lap uzaq keçmişdən qoyulmuşdu qızımın. Qızımla eyni yaşda olduğum illərə söykənirdi qızımın adı. Mən hələ indi dərk edirəm, onu qucağıma alarkən yaşadığım qorxunun səbəbini. Bəli, bu həyəcan deyildi, bu elə qorxuydu. Mən qızımın əziyyət çəkməyini, gözyaşı tökməyini, yanılmağını, ürəyinə hökmü keçmədiyi üçün çəkdiyi günahgarlıq, çarəsizlik, zəiflik hissinin vurduğu zəncirlərlə yaşamağını istəmədiyim üçün qorxmuşdum. Amma onu qorumaq üçün məhdudlaşdırmaq mənə yaraşmazdı. Mən övladlarımı heç vaxt məhdud yetişdirməyəcəkdim. Qoyduğum qadağalarla həyatlarını istədiyim kimi idarə etmək nə mənə, nə ailə bağlarıma yaraşmırdı. Nəyin nə, kimin necə olduğunu yaşayaraq öyrənməli, səhvi düzdən, əyrini doğrudan özləri seçməliydi. Mən sadəcə onların gəmisində mayak rolunu oynamalıydım. Yol göstərən amma müdaxilələrlə təsir etməyən.

Nilufərin adını çox çəkməzdim mən. Qızım deyə səsləyər, qızım deyə əzizləyərdim onu. Amma atası hər dəfə qızımı səsləyərkən içimdən nəyinsə qopub düşdüyünü lap dərinlərdən hiss edərdim. Nadir hallarda Nilufər deyərdi o da. Qızımın adı qızımdan 13 yaş böyük idi.. Amma qızımın adının keçmişi mənim bütün varlığımı kiçik bir ayaqqabı qutusunda saxlayırdı. Atası qızımıza Nilufər yerinə ‘Nunu’ deyirdi…

‹Nunu›… Bu dörd hərf iki heca hər səslənişdi mənim bütün mənliyinmi, varlığımı yerlə yeksan edirdi. İllər əvvəl elə qızını ilk dəfə görəndə «Ömrümə, ömrümüzə xoş gəldin, Nunum» demişdi Kərim. Kərimin dodaqlarından qopan hecalarla süzülməyə başlamışdı kirpiklərimdən damcılar. O gün ürəyimdə qopan fəryadı hansı sözlə ifadə edə bilərdim ki? Ömrümdə iki dəfə eyni sancını duymuşdum. Elə sancı ki, dünyanın ən böyük ağrısı hesab edilən doğum sancısı mənim içimdə qopan qasırğanın yanında heçnə idi…

Yazar: Aytac Nüsrət Qayıbova

Bölümler

1

hikaye, hikaye oku, hikaye yaz, hikaye okuma, kısa hikaye, kısa hikayeler, duygusal hikayeler, seçme hikayeler, duygusal hikayeler, öykü, kısa öykü, gerçek hikaye, gerçek hikayeler, 

Gülten AJDER

Kitap okumayı seven insanlar daha zeki ve daha başarılı olurlar. Bende bu yüzden kitap okumayı sevdirmek istedim bu site ile. Gizli kalmış bütün bilgilerin kitaplarda saklı olduğuna inandığımdan, kültür seviyemizi yükseltmek, bilgi hazinemizi daha da zenginleştirmek, gizli yeteneklerin ortaya çıkmasına destek olabilmek için, okusun yazsın benim ülkemin insanları diye bir işin ucundan tutmak isteyen birisiyim.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu